Azərbaycan Serbiya ilə biznes, enerji, investisiya, ticarət və digər sahələrdə iqtisadi əməkdaşlığın səmərəliliyinin artırılması imkanlarını müzakirə edib.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial media hesabında paylaşıb.

Nazir qeyd edib ki, müzakirələr Serbiyanın Milli Assambleyasının sədri Ana Brnabiç ilə görüşdə aparılıb: "Görüşdə birgə təşəbbüslərin əhəmiyyəti vurğulanıb".

 

.