Yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə edilmiş terror hücumunun təsadüfi baş vermədiyi ortaya çıxmaqdadır.

Bəzi faktlar bu hücumun əvvəldən planlaşdırıldığını bir daha təsdiqləyir.

Hələ bir neçə ay əvvəl SEPAH-ın Qüds bölməsinin rəhbərlərində biri, polkovnik Həbib Babayi naxçıvanlı sürücülərə, eləcə də Azərbaycanın Tehrandakı səfirliyinə qarşı hücum və terror aktları planlaşdırdıqları barədə danışıb.

Həbib Babayi Ermənistandan yayımlanan, fəaliyyəti Azərbaycanda milli etnik zəmində qarşıdurma və təxribatlar üzərində qurulmuş internet tv-də separatçı Zabil Məhərrəmova müsahibəsində bu hücumların anonsunu verib.

Həbib Babayinin anonsunu verdiyi terror aktı yanvarın 27-də həyata keçirilib.

Bu kimi faktlar bir daha göstərir ki, yanvarın 27-də Azərbaycan səfirliyinə edilən xain terror hücumu əvvəldən xüsusi planla hazırlanıb, İran rəsmilərinin insidentin ailə-məişət zəminində baş verdiyini vurğulaması, hadisənin motivini dəyişməyə çalışması əsassızdır.

Qeyd edək ki, yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə edilmiş silahlı hücum nəticəsində səfirliyin bir əməkdaşı şəhid olub, ikisi yaralanıb.

Hadisəni törədən şəxs tutulub.

 

.