Azərbaycanın Moskvaya yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev sabah etimadnaməsini Rusiya Prezidenti Vladimir Putinə təqdim edəcək.
Bu barədə məlumatı Kremlin Mətbuat xidməti yayıb.
Məlumata görə, Putin, həmçinin daha 27 səfirin etimadnaməsini qəbul edəcək.
Tədbir ənənəvi olaraq Böyük Kreml Sarayının Aleksandrov zalında baş tutacaq.
Xatırladaq ki, oktyabrın 1-də Rəhman Mustafayev Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın Rusiyadakı səfiri təyin edilib.
.