Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), “Rosneft”in neft məhsullarının Ukrayna, Polşa, Baltikyanı ölkələr və Şərqi Avropanın digər ölkələrinə ixracı hüququ barədə müqavilə imzalayıb.

Bu barədə “RİA Novosti”yə SOCAR-ın rəsmi nümayəndəsi İbrahim Əhmədov deyib.

Onun sözlərinə görə, SOCAR beynəlxalq neft və qaz ticarətində mövqelərini gücləndirmək niyyətindədir.

“Rusiyanın “Rosneft” şirkəti ilə “Rosneft”in istehsal etdiyi neft məhsullarının Ukrayna, Polşa, Baltikyanı ölkələr və Şərqi Avropanın digər ölkələrinə tədarük hüququnu təmin edən bir müqavilə imzalandı. Nəzərdə tutulan əməliyyatların əhatə dairəsi və vaxtı hazırda müzakirə olunur”, - deyə İ. Əhmədov qeyd edib.
 

.