Prezident İlham Əliyev "Quru limanlar haqqında” Hökumətlərarası Sazişə qoşulmaq barədə Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.
Sənəddə qeyd edilir ki, Azərbaycan Respublikası 2013-cü il noyabrın 7-də Banqkok şəhərində imzalanmış "Quru limanlar haqqında” Hökumətlərarası Sazişə müvafiq bəyanatla və qeyd-şərtlə qoşulsun.
Azərbaycan və Ukrayna arasında imzalanan növbəti Saziş təsdiqləndi
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Ukrayna Nazirlər Kabineti arasında diplomatik nümayəndəlik və konsulluq müəssisələri əməkdaşlarının ailə üzvlərinin ödənişli əmək fəaliyyəti növlərini həyata keçirmələri haqqında” sazişin təsdiq edilməsi barədə qanunu imzalayıb.
Sənədə əsasən, "Azərbaycan Respublikası Hökuməti ilə Ukrayna Nazirlər Kabineti arasında diplomatik nümayəndəlik və konsulluq müəssisələri əməkdaşlarının ailə üzvlərinin ödənişli əmək fəaliyyəti növlərini həyata keçirmələri haqqında” 2020-ci il yanvarın 31-də Kiyev şəhərində imzalanmış Saziş təsdiq edilir.
.
