2026-cı il avqustun 5-də Nəsimi rayonunda rayon sakinləri ilə ənənəvi səyyar görüş keçirən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı, Yeni Azərbaycan Partiyası sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov görüşdən sonra həmin binada yerləşən Azərbaycan Qızıl Aypara Cəmiyyətini ziyarət edib. O, Cəmiyyətin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanovla görüşüb. Səmimi söhbət zamanı Cəmiyyətə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan, qarşıdakı fəaliyyət istiqamətlərindən bəhs edilib.
Görüşün sonunda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyətinə göstərdiyi xidmətlərə görə Tahir Budaqova “Azərbaycan QAC-ın 105 illiyi” yubiley medalı təqdim olunub.
.
