Prezident İlham Əliyev Bəxtiyar Sadıqovun "Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Azərbaycan Respublikasında milli mətbuatın inkişafındakı xidmətlərinə görə Bəxtiyar Yusif oğlu Sadıqov "Şöhrət” ordeni ilə təltif edilib.

Preziden "Azərbaycan” qəzetinin əməkdaşlarına "Əməkdar jurnalist” fəxri adının verilməsi haqqında da sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikasında milli mətbuatın inkişafındakı xidmətlərinə görə "Azərbaycan” qəzetinin aşağıdakı əməkdaşlarına "Əməkdar jurnalist” fəxri adı verilib:

Cavadov Seyran Qubad oğlu

Əzizli Bəxtiyar Məhərrəm oğlu

Hüseynli İxtiyar Kərim oğlu

Quliyev Lazım Məmmədqulu oğlu.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Respublikasında milli mətbuatın inkişafındakı xidmətlərinə görə "Azərbaycan” qəzetinin aşağıdakı əməkdaşları "Tərəqqi” medalı ilə təltif edilib:

Cəfərov Rəşad İslam oğlu

İmanquliyev Bahadır Bəkir oğlu

Mütəllibov Rüstəm Kamal oğlu

Vəliyev Elçin Vaqif oğlu.
.