Qazaxıstanın "Tengiz" və "Kaşaqan" yatağından Aktau vasitəsi ilə neft Bakı–Tbilisi–Ceyhan kəmərinə yönəldilir, lakin Aktauya gedən dəmir yolu dəhlizinin maksimum ötürmə qabiliyyəti məhduddur.

Bunu "GLENMAR Group"un təşkil etdiyi II Xəzər və Mərkəzi Asiya Neft Ticarəti və Logistika Forumunda çıxış "Cenral Aşıq Marketing şirkətinin rəhbəri Kolin Nesbet bildirib.

"Qeyd etməliyəm ki, Aktauya gedən dəmir yolu dəhlizinin maksimum ötürmə qabiliyyəti təxminən 5 milyon tondur. Hazırda isə real əməliyyat göstəriciləri təxminən 3–4 milyon ton civarındadır", - Kolin Nesbet qeyd edib.

Onun sözlərinə görə, mövcud problemlərə dövlət vəsaitlərinin məhdudluğu, gəmi çatışmazlığı və liman infrastrukturunun zəifliyi daxildir. Xüsusilə sanksiyalar səbəbilə Rusiya gəmilərinin istifadədən çıxması fonunda tanker çatışmazlığı ciddi problemdir.

"Aktau limanında dərinləşdirmə işlərinə böyük ehtiyac var. Bundan əlavə, Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi də vəziyyəti daha da çətinləşdirir. Hazırda Aktau limanında maksimum 7–8 min ton, bəzən isə bundan da az yük yükləmək mümkündür", - Kolin Nesbet vurğulayıb.

O əlavə edib ki, Azərbaycan, Qazaxıstan və Türkmənistan alternativ deyil, əlavə təchizat marşrutları inkişaf etdirməlidirlər.

Kolin Nesbet onu da bildirib ki, Xəzər dənizinin hər iki tərəfində dəmir yolu və liman infrastrukturuna əhəmiyyətli investisiya qoyuluşu tələb olunur. Əsas həll yollarından biri tək nöqtəli lövbər salmalarının (SPM) quraşdırılması ola bilər.

.