ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin Avropa Avrasiya Regional Mərkəzinin rəhbəri Patrik Prior Bakıya səfəri çərçivəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi X sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.

Qeyd edilib ki, görüşdə ABŞ-Azərbaycan münasibətləri və təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə edilib.V

.