Azərbaycan Prezidenti İlham Əliyev Rizə-Artvin hava limanının açılış mərasimində çıxış edib. 

“Report” xəbər verir ki, dövlət başçısı iki ölkə arasındakı əlaqələrin tarixi köklərə söykəndiyini bildirib. 

İlham Əliyev Azərbaycanla Türkiyə arasında əlaqələrin müttəfiqlik səviyyəsində yüksəldiyini vurğulayıb.

İlham Əliyev: "Yenidən qardaş Türkiyə torpaqlarında olmağımdan çox məmnunam"

"Yenidən qardaş Türkiyə torpaqlarında olmağımdan çox məmnunam. Bütün türk qardaşlarımı səmimi qəlbdən salamlayıram. Azərbaycandan hərarətli salamlar gətirmişəm".

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Rizə şəhərində Rize-Artvin Hava Limanının açılış mərasimində çıxışı zamanı deyib.

"İlk növbədə əziz qardaşım, cənab Prezident Rəcəb Tayyib Ərdoğana məni bu mərasimə dəvət etdiyi üçün təşəkkürümü bildirirəm. Bu gözəl hava limanının açılışı münasibətilə sizi ürəkdən təbrik edirəm", - Prezident vurğulayıb.

.