“Biz anlamalıyıq ki, torpaqlarımız 30 il işğal altında olub. Biz ailə üzvlərini itirənlərin və öz torpaqlarında yaşamaq kimi əsas hüququndan məhrum olanların xatirəsini unuda bilmərik”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransda çıxışında deyib.

Dövlət başçısı qeyd edib ki, biz erməni ordusunun törətdiyi vəhşilikləri unuda bilmərik: “Biz Ermənistan və qondarma Dağlıq Qarabağ rejimi liderləri tərəfindən təşkil edilmiş Xocalı soyqırımını və Xocalı soyqırımının günahsız qurbanlarını unuda bilmərik və heç vaxt da unutmayacağıq. Bu xatirənin bizimlə olmağı vacibdir və biz onu ürəyimizdə saxlayacağıq. Eyni zamanda biz gələcəyə baxmalıyıq”.

Azərbaycan Prezidenti: “Azad etdiyimiz ərazilərdə dağıntılar bizim gözlədiyimizdən də artıq idi”

“Azad etdiyimiz ərazilərdəki dağıntılar bizim gözlədiyimizdən də artıq idi”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransda çıxışında deyib.

Dövlət başçısı qeyd edib ki, ermənilərin bizim şəhər və kəndlərimizə nələr etdiklərindən az-çox xəbərimiz vardı: “Zaman-zaman videolarda görürdük, həmin ərazilərə gedən beynəlxalq nümayəndələrin verdiyi məlumatları eşidirdik. Lakin azad etdiyimiz ərazilərdəki dağıntıların bizim gözlədiyimizdən də artıq olduğunu gördük”. 

.