Azərbaycan nümayəndə heyəti 2-3 dekabr tarixlərində Türkiyə Respublikası Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə İstanbul şəhərində keçirilmiş Beynəlxalq “Stratcom Sammiti 22”də təmsil olunub.

“Qeyri-müəyyənlik şəraitində Stratcom” mövzusunda keçirilən tədbirdə müxtəlif ölkələrdən olan dövlət rəsmiləri, özəl və media sektorun təmsilçiləri, elm və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər. 

“Stratcom Sammiti 22” çərçivəsində strateji kommunikasiya ekosistemində regional münaqişələrlə üzləşmə, geosiyasi gərginliklərin yaratdığı hibrid təhdidlər, dezinformasiya, humanitar və ətraf mühit böhranları, informasiya müharibəsi mövzuları müzakirə olunub.
 

.