“Məcburi köçkünlərin ləyaqətli və təhlükəsiz şəkildə öz evlərinə qayıtması, ərazilərin minalardan təmizlənməsi və yenidən qurulma əsas prioritetlərdir”,

Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda humanitar minatəmizləmə fəaliyyəti mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, mina təmizlənməsi üçün daha çox işlər görülməlidir: “Təəssüf ki, rəqəmlər beynəlxalq səviyyədə minaların təmizlənməsinə ayrılan vəsaitlərin azaldığını göstərir. Beynəlxalq fondlar bu işə töhfə verməlidir. Azərbaycan unikal model təqdim edir. Biz minalardan təmizlənmiş ölkə modeli təqdim etmək istəyirik. Bu konfrans minalardan təmizlənmənin maliyyələşməsi və innovasiyaların tətbiqi üçün platforma ola bilər. Biz əməkdaşlığa açığıq”.

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan bu sahədə qlobal fondun yaradılması təklif edir.

Azad olunmuş ərazilərdə indiyədək 30-dan çox adam minaya düşərək həlak olub

İşğaldan azad olunmuş ərazilərdə indiyədək 30-dan çox adam minaya düşərək həlak olub.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda humanitar minatəmizləmə fəaliyyəti mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

O bildirib ki, Ermənistan tərəfi bizə minalanmış ərazilərin mina xəritələrini təqdim etsə də, xəritələrin dəqiqliyi 25 faiz təşkil edir.

.