21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində sonuncu matçını qadın hakim idarə edəcək.

 İngiltərə yığmasına qarşı oyun xorvatiyalı FIFA referisi İvana Martinçiçə tapşırılıb.

Ona Sanya Rodyak-Karşiç və Maya Petraviç kömək göstərəcək. Dördüncü hakim funksiyasını Sabina Boliç yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 15-də Bristol şəhərində yerləşən “Ashton Gate” stadionunda baş tutacaq İngiltərə - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 22:30-da start götürəcək. U-21 bu gün, saat 18:00-da Şimali İrlandiyanın qonağı olacaq.

.