Azərbaycan yığmasını UEFA Millətlər Liqasının VI turunda sabah baş tutacaq İsveçlə səfər oyununda 200-ə yaxın azarkeşin dəstəkləyəcəyi gözlənilir.
Bu barədə AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli məlumat verib.
“Təxminən 200 azarkeşin gəlməsi gözlənilir. Amma oyun saatına kimi bu say bir az arta bilər”, - deyə qurum rəsmisi söyləyib.
Qeyd edək ki, noyabrın 19-da "Strouberri Arena"da təşkil olunacaq İsveç - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.
.