Azərbaycanın çimərlik futbolu millisi İspaniyanın Kadis şəhərində təşkil olunan dünya çempionatının seçmə mərhələsinə qələbə ilə başlayıb.
Sahib Məmmədovun baş məşqçisi olduğu komanda A qrupunun I turunda İngiltərə yığmasını 4:0 hesabı ilə mğlub edib.
Qolları Orxan Məmmədov, Sabir Allahquliyev (2) və Amid Nəzərov vurublar.
Qeyd edək ki, Azərbaycan yığması oktyabrın 5-də Gürcüstan (saat 14:45), 7-də isə İspaniya (saat 20:00) ilə qarşılaşacaq.
.