Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları bu il mayın 1-nə 5 465,8 mln. ABŞ dolları təşkil edib.

AMB-i xəbər verir ki, bu, aprelin 1-i ilə müqayisədə 42,2 mln. manat və yaxud 0,77% azdır.

İlin əvvəlinə nisbətən isə qurumun valyuta ehtiyatları 131,2 mln. dollar və 2,46%, son 1 ildə isə 846,5 mln. dollar və yaxud 18,33% artıb.

Xatırladaq ki, AMB-nin valyuta ehtiyatları 2016-cı ilin dekabr ayından bəri ilk dəfədir ki, azalma nümayiş etdirir.

Azərbaycanda pul bazası 4 aylıq fasilədən sonra yenidən azalıb

Azərbaycanda pul bazası bu il mayın 1-nə 8 413 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankı xəbər verir ki, bu, aprelin 1-i ilə müqayisədə 1 058 mln. manat azdır.

İlin əvvəlinə nisbətən pul bazası 130,2 mln. manat və yaxud 1,52% azalıb, son 1 ildə isə 784,5 mln. manat və yaxud 10,29% artıb.

Xatırladaq ki, pul bazası 2017-ci ilin dekabr ayından bəri ilk dəfədir ki, azalma nümayiş etdirir.
.