Azərbaycanın istehsal etdiyi məhsulların Suriya bazarına ixracı nəzərdə tutulur.

Bunu Ərəb Ölkələrinin Əməkdaşlığı Assosiasiyasının icraçı direktoru Yalçın Əliyev deyib.

Onun sözlərinə görə, Azərbaycana bu bazara çıxışı İordaniya təmin edəcək ki, bu istiqamətdə danışıqlar artıq baş tutub: "Coğrafi baxımdan Suriya bazarına çıxış Livandan əlverişli olardı, lakin bu ölkədə mövcud problemlər buna imkan vermir. Məhz bu səbəbdən biz layihənin icrasını İordaniya ilə həyata keçirilməsini düşünürük".

Assosiasiyasının icraçı direktoru əlavə edib ki, bununla yanaşı, Azərbaycan məhsullarının həmçinin Misir, Oman və Bəhreyn bazarlarına da çıxarılması nəzərdə tutulur.

"Öz növbəsində, bu ölkələrin biznes dairələri Azərbaycanın əczaçılıq, neft-kimya sənayesinə, hotelçilik və restoran biznesinə sərmayə yatırmağa hazır olduqlarını bildiriblər. Əlbəttə, bunların hamısı pandemiyanın bitməsi ilə əlaqədardır ki, investorlar ölkəyə gəlib, əyani olaraq mövcud şəraiti qiymətləndirə bilsinlər", - deyə Y. Əliyev bildirib.

.