Milli Məclisə “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əqli mülkiyyət obyektlərinə hüquqların qorunması sahəsində gömrük orqanlarının qarşılıqlı fəaliyyəti haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsi daxil olub.

APA-nın məlumatına görə, qanun layihəsi  Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sentyabrın 11-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.

MDB Hökumət Başçıları Şurasının Aşqabad şəhərində keçirilmiş 2019-cu il 31 may tarixli iclasında imzalanmış “Milli Məclisə Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əqli mülkiyyət obyektlərinə hüquqların qorunması sahəsində gömrük orqanlarının qarşılıqlı fəaliyyəti haqqında” Sazişdə Azərbaycan Respublikasının qeyd-şərti əksini tapıb. Sənəddə qeyd edilir ki, Ermənistan Respublikasının Azərbaycan Respublikasının işğal etdiyi ərazilər azad olunmayanadək və işğalın nəticələri tam aradan qaldırılmayanadək Sazişdə göstərilmiş heç bir hüquq, öhdəlik və müddəalar Azərbaycan Respublikası tərəfindən Ermənistan Respublikasına, habelə işğal olunmuş ərazilərdə həyata keçirilən fəaliyyətə münasibətdə tətbiq edilməyəcək.

.