Bu ilin yanvar-iyun aylarında Azərbaycan 9 140,4 ton maye qaz ixrac edib ki, bu da illik müqayisədə 74,8% azdır.

Dövlət Statistika Komitəsi verdiyi məlumata görə, hesabat dövründə ixrac edilən maye qazın dəyəri 3 853,5 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 56,6% azdır.

Xatırladaq ki, ötən il Azərbaycan 69 268,1 ton maye qaz ixrac edib ki, bu da 2020-ci ilin göstəricisi ilə müqayisədə 1,7 dəfə çoxdur. 2021-ci ildə ixrac edilən maye qazın dəyəri 22 748,8 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 4,5 dəfə çoxdur.

.