Azərbaycan Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümünə həsr edilən akademik avarçəkmə, kayak və kanoe üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurub.

Son olaraq Niyaz Məlikov - Emil Zeynalov (2008-2009-cu il təvəllüdlü) cütlüyü 100 metr məsafəyə kayak yarışında gümüş mükafata sahib çıxıb.

Qeyd edək ki, bu gün başa çatacaq turnirdə 21 ölkə təmsilçiləri qüvvəsini sınayır. Azərbaycan idmançıları daha əvvəl 1 qızıl, 2 gümüş və 5 bürünc medal əldə ediblər.

.