Futbol üzrə Azərbaycan Kubokunun bütün 1/4 finalçıları müəyyənləşib.

Son olaraq, "Sumqayıt" və "Zirə" 1/8 finaldakı rəqiblərini üstələyiblər. Sözügedən kollektivlər müvafiq olaraq "Sabah" və "Xəzər"i 3:0 hesabı ilə məğlub ediblər.
Beləliklə, 1/4 finalda "Qəbələ" - "Səbail", "Zirə" - "Neftçi", "Keşlə"- "Kəpəz" və "Qarabağ" – "Sumqayıt" duelləri reallaşacaq.
Qeyd edək ki, adları birinci qeyd edilən komandalar 10-11 dekabrda keçiriləcək ilk matçlarda meydan sahibi olacaqlar. Cavab görüşləri isə 14-15 dekabrda baş tutacaq.
.