COVİD-19-a qarşı peyvəndlərlə bağlı müzakirələrə başlanıldığı zaman biz bilmirdik ki, hansı peyvənd namizədlər üçüncü sınaq mərhələsindən keçəcək və onlar təsdiq olunacaq. Ona görə də biz vaksinlərin alınması ilə bağlı bir neçə mərhələdə müzakirələr aparmışıq.

Bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu Departamentinin müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, bu gün ikitərəfli müzakirələr nəticəsində Türkiyədən peyvəndlərin gətirilməsindən daha real danışılır:

“Amma biz eyni zamanda GAVI (Global Alliance for Vaccines) təşkilatı arasında saziş imzalamışıq. Biz GAVİ-dən də əhalimizin 10 faizini peyvənd edə biləcək qədər vaksinlər alacağıq. GAVİ tərəfindən bizə hansı peyvəndlər veriləcək?- Bizdə hələ ki, bu barədə məlumat yoxdur. Amma əlçatanlıq, zaman məsələsi var. GAVİ-dən aprel ayında peyvənd gözləyirik, onda da qış keçmiş olacaq. Artıq Avropa ölkələrində peyvəndləmə başlanıb. Biz də bu ölkələrin sırasında olmaq istəyirik. Amma gələcəkdə əminəm ki, seçim çox olacaq. Gələn il koronavirusa qarşı bir neçə cür peyvənd təklif olunacaq”.

.