Azərbaycan klublarının avrokuboklarda evdə keçirəcəkləri oyunlarında tribunalara stadionların ümumi azarkeş tutumunun 50 faizi qədər tamaşaçı buraxılacaq.
Bununla bağlı Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən Nazirlər Kabineti yanında Operativ Qərargaha ünvanlanmış müraciət müsbət cavablandırılıb.
COVID-19 pandemiyası ilə əlaqədar mövcud olan bütün tələb və tövsiyələrə, sanitar-gigiyenik qaydalara əməl olunması barədə müvafiq məlumatlar AFFA tərəfindən klublara göndəriləcək.
Qeyd edək ki, klublarımızdan "Neftçi" Çempionlar Liqasında oynadığı halda, "Qarabağ", "Sumqayıt" və "Keşlə" Konfrans Liqasında mübarizə aparacaq.
.