Aprelin 28-dən 30-dək Bolqarıstanın Kranevo şəhərində Dünya və Avropa Şotokan Federasiyasının (WSF/ESF) təşkilatçılığı ilə 13-cü Avropa çempionatı keçirilib.
Avropa çempionatında milli komandamız da iştirak edib.
Komandamızın kapitanı, ikinci dan qara kəmər sahibi, dünya çempionu tituluna sahib olan idmançımız +84 kiloqram çəki dərəcəsində mübarizə aparan Ülvi Məmmədov keçirdiyi dörd döyüşün hamısını qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
O, finala gedən yolda Rumıniya, Gürcüstan və Çex təmsilçisindən üstün olub. Finalda yerli idmançı ilə qarşılaşan Ülvi Məmmədov görüşdən qalib ayrılaraq Avropa çempionu titulunu qazanıb.
.