Azərbaycan “Uşaq Avroviziyası-2022” mahnı müsabiqəsində bu il iştirak etməyəcək.

Bunu İctimai Televiziya və Radio Yayımları Şirkətinin mətbuat xidmətindən bildiriblər.

Qeyd olunub ki, builki “Uşaq Avroviziya” müsabiqəsi üçün seçim turu keçirilməyib:

"Məsələn, ötən il "Səs Azərbaycan" musiqi yarışının qalibi ölkəmizi təmsil etmişdi. Amma bu il o müsabiqə olmadı. Və bundan başqa, potensial namizədlər barədə bizə heç bir müraciət daxil olmayıb. Ona görə də ölkəmiz bu il “Uşaq Avroviziyası”nda iştirak etməyəcək", - qeyd olunub.

.