2022-ci ildə Azərbaycan iqtisadiyyatında vergi daxilolmaları 82 faiz artıb.

Bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov çərşənbə axşamı "Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı" mövzusunda tədbirdə deyib.

Onun sözlərinə görə, ötən il bütünlükdə Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 15,5 milyard manat dəyərində vəsait daxil olub.

"Bu göstərici Azərbaycanın müstəqillik dövrü ərzindəki rekord göstəricidir. Bu cür nəticələrin əldə olunması Azərbaycan hökuməti tərəfindən müəyyən edilən bir sıra fiskal güzəşt və təşviqlərlə şərtlənib. Sevindirici haldır ki, xüsusən qeyri-neft sektorunda ödənilən vergilərin 80 faizdən çoxu özəl sektorun payına düşür", - deyə o əlavə edib.

.