Bu ilin yanvar-iyun aylarında Azərbaycanda əsas kapitala xarici mənbələrdən 2 milyard 002,2 milyon manat​​​​​ vəsait yönəldilib.

Yenizaman Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 30,6 % çoxdur.

Hesabat dövründə xarici investisiyaların 1 milyard 949,4 milyon manatı (97,3 %-i)

Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Türkiyə, Rusiya, ABŞ, İsveçrə, Yaponiya, İran, Macarıstan, Fransa və Hindistan sərmayədarlarına məxsus olub.

Xatırladaq ki, I yarımildə Azərbaycanda əsas kapitala 8 milyard 073,5 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 0,5 % az investisiya yönəldilib. Son 1 ildə neft-qaz sektoruna investisiyalar 23,8 % azalıb, qeyri-neft-qaz sektoruna investisiyalar isə 13,5 % artıb.

.