Azərbaycanla Belarusun birgə istehsalı olan avtobusa və Lukaşenkonun hədiyyə etdiyi traktorlara baxış keçirilib.
Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Şuşada Azərbaycan ilə Belarusun birgə istehsalı olan avtobusa və Belarus Prezidentinin hədiyyə etdiyi traktorlara baxdılar.