Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Təmiz Enerji Mərkəzinə ev sahibliyi edəcək.
Bu, Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən “İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” qanun layihəsində əksini tapıb.
Təmiz Enerji Mərkəzi bərpa olunan enerjinin təşviqi, iqlim dəyişikliyinin təsirlərinin azaldılması istiqamətində üzv dövlətlərin kollektiv səylərini birləşdirən qurumdur.
Qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.
.