Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) idxal mallarına tətbiq olunan aksiz vergisinin artırılması ilə bağlı hökumətlə danışıqlar aparır. 

Bunu jurnalistlərə açıqlamasında DGK sədri Aydın Əliyev deyib.
A.Əliyevin sözlərinə görə, digər gömrük vergi və rüsumlarının artırılması ilə bağlı müzakirə aparılmır.
"Hazırda aksiz vergisinin artırılması ilə bağlı hökumətlə danışıqlar gedir. Manatın devalvasiyasından sonra mövcud vəziyyət reallığı əks etdirmir. Eyni zamanda, aksiz vergisinə cəlb edilən tütün məmulatları və spirtli içkilər ilk tələbat malları deyil. Biz burada camaatın səhhətini də düşünməliyik. Həmçinin, bu məhsulların istehsalı ilə bağlı ölkədə kifayət qədər müəssisə fəaliyyət göstərir", - deyə DGK başçısı qeyd edib.

.