"Çiçəklənən Ermənistan" parlament fraksiyasının deputatı Naira Zohrabyan özünün feysbuk səhifəsində Gorus-Qafan avtomobil yolunda Azərbaycan hərbçilərinin nəzarət etdiyini əks etdirən videogörüntü paylaşıb.

Bu barədə  Ermənistan mətbuatı xəbər verir.

O, qeyd edib ki, həmin yol Azərbaycan hərbçilərinin nəzarəti altındadır.

Qeyd edək ki, ötən gün Ermənistanın baş naziri Nikol Paşinyan videomüraciətində bildirib ki, hazırda sərhədlərin müəyyənləşdirilməsi aparılır, erməni sərhədçiləri yalnız beynəlxalq səviyyədə tanınmış sərhədlərdə yerləşdiriləcək.

 

.