Azərbaycan Həndbol Federasiyasının idmançı-köməkçi heyəti üçün antidopinq maarifləndirmə seminarı təşkil edilib.

AMADA-dan  verilən məlumata görə, seminarda idmanın fundamental dəyərlərinin qorunmasında məşqçilərin və tibbi heyətin oynadığı fəal rol vurğulanıb.

Bundan əlavə, antidopinq sisteminin əhəmiyyəti, antidopinq qayda pozuntuları, dopinq nəzarəti prosesində atılacaq addımlar, qadağan edilmiş siyahı və terapevtik istifadə üçün istisnalar kimi önəmli antidopinq mövzularında fikir mübadiləsi aparılıb.

.