Bu ilin I rübündə Minsk Traktor zavodu Azərbaycana 272 təkərli traktor göndərib. Onlar zavod qiymətindən iki dəfə baha satılır.
Belarus Statistika Komitəsinin məlumatına görə, Azərbaycan $5 mln 50,1 min məbləğində və ya 1 ədəd $18 567-dan texnika alıb. Bu ilin I rübündə Azərbaycan gömrüyündən 266 «Belarus» traktoru keçib. Onların biri $21 863-a sənədləşdirilib. "Aqrolizinq” ASC (http://agrolizing.gov.az/upload/t.texnika.pdf) bu texnikanı fermerlərə 35 700 manata satıb. Hökumətin qərarına əsasən, fermerlər texnikanı lizinqə alanda qiymətinin 20%-i beh verməlidir. Texnikanın qiymətinin 40%-i dövlət ödəyir və fermer bir neçə il ərzində "Aqrolizinq” ASC ilə hesablaşır.
2013-cü ildə Azərbaycan Belarusdan $ 24 mln 247,4 min məbləğində 1168, 2014-cü ildə 1028 ($27 235,7 min) təkərli traktor alıb.
Belarusdan traktoru «Gəncə Avtomobil zavodu» alır. Traktorlar orda yığılır. Sonra Gəncə zavodu bu texnikanı fermerlərə lizinqə satmaq üçün "Aqrolizinq” ASC-yə verir.

.