2022-ci ilin yanvar-may aylarında əhalinin sayı 22 781 nəfər və ya 0,2 faiz artıb.
Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, 2022-ci il iyun ayının 1-i vəziyyətinə əhalinin sayı 10 179 147 nəfərə çatıb.
Əhalinin ümumi sayının 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri təşkil edib, kişi və qadınların xüsusi çəkiləri isə eyni olub.
Dövlət Komitəsi: Azərbaycanda nikahlar artıb, boşanmalar azalıb
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən bu ilin ilk beş ayında 23 387 nikah və 6 323 boşanma halları qeydə alınıb.
Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,6-dan 5,6-ya qədər artıb, boşanmaların sayı isə azalaraq 1,6-dan 1,5-ə düşüb.
.