“Hazırda Azərbaycanda əhalinin 26.2 faizini uşaqlar təşkil edir”.

Bunu Uşaqların V Ümumrespublika Forumunda çıxışında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib.

O qeyd edib ki, Uşaq Məcəlləsinin layihəsi hazırlanıb: “Layihə hazırda müvafiq qurumlarla razılaşdırma mərhələsindədir. Ölkədə bu sahədə problemlər mövcuddur və bu problemlər hamını narahat edir. Qohumlar arasında nikah halları mövcud olaraq qalır. Digər problem uşaqlara qarşı məişət zorakılığıdır. Hazırda yerlərdə icra hakimiyyətlərində gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları fəaliyyət göstərir. Onlar tərəfindən belə uşaqlara yardım edilir".

.