
2015-ci ilin aprelin 1-ə orta aylıq əmək haqqı 1,1% artaraq 449,5 manata çatıb, martın 1-də bu göstərici 444,5 manat olub. Fevralın 1-də devalvasiya ərəfəsində orta aylıq əmək haqqı 444,4 manat təşkil edib.
Ancaq dollarla ifadədə 33%-lik devalvasiyadan sonra orta aylıq əmək haqqı 27,7% azalıb və itkilər 123 manat təşkil edib. Devalvasiyadan əvvəl məzənnə $1 - 0,782 manat təşkil edirdi. Üstəlik, idxal mallarının, əsasən də qeyri-ərzaq mallarının, ilk növbədə qiymətində 30% artım müşahidə edilən məişət texnikası mallarının qiymətinin artması səbəbindən manatın alıcılıq qabiliyyəti düşüb.