Azərbaycan Dövlət Uşaq Filarmoniyasına yeni direktor təyin olunub.

Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə bu vəzifəyə pianoçu, beynəlxalq müsabiqələr laureatı Səidə Tağızadə təyin edilib.

Qeyd edək ki, o, 2016-cı ildən Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyət göstərir.

.