Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 11-də Slovakiya Prezidenti Peter Pelleqrini ilə görüşüb.

Qonaq Azərbaycanın, o cümlədən Bakı şəhərinin inkişafını məmnunluqla qeyd etdi.

Görüşdə Azərbaycan ilə Slovakiya arasında iqtisadi-ticari əlaqələrin inkişaf etdiyi bildirildi, birgə sənaye müəssisələrinin yaradılması məsələsi, IT sahəsində əməkdaşlıq, Qarabağda quruculuq layihələrində Slovakiya şirkətlərinin iştirakı qeyd olundu. Azərbaycan ilə Slovakiya arasında nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin intensivliyi vurğulandı.

Prezident İham Əliyev Qarabağda Slovakiya tərəfindən quruculuq layihəsinin həyata keçirildiyini məmnunluqla qeyd etdi.

Gələn ildən Azərbaycanda NATO əlaqələndirici səfirlik funksiyasını Slovakiya səfirliyinin həyata keçirəcəyi bildirildi.

Slovakiya Prezidenti Azərbaycanın dövlət başçısını ölkəsinə səfərə dəvət etdi. Azərbaycan Prezidenti dəvəti məmnunluqla qəbul etdi.

16:20

 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 11-də Slovakiya Prezidenti Peter Pelleqrini ilə görüşüb.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

.