"Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) İctimaiyyətlə əlaqələr şöbəsi ləğv edilərək onun əvəzinə Mətbuat katibliyi yaradılıb.

Bu barədə ADY-dən bildirilib.

Məlumata görə, katibliyə rəhbərlik indiyə qədər İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yarım Şurasının katibi olan Natəvan Bayramovaya həvalə olunub. O, qurumun sözçüsü kimi Sevinc Qədirovanı əvəz edib.
.