Azərbaycan 2000-ci illərin əvvəllərində Çeçenistanda Rusiya hərbçilərinə hücum edən şəxsi Rusiyaya təhvil verib.
Bu barədə xəbər verir.
Məlumata görə, bu gün Azərbaycan Rusiya Baş Prokurorluğunun sorğusu əsasında Rusiya Federasiyası Cinayət Məcəlləsinin 209.2 maddəsi ilə ittiham olunan Səyd-Husin Leçiyeviç Takayevi ekstradisiya edib.
Baş Prokurorluğun məlumatına görə, 2000-2003-ci illərdə Takayev silahlı quldur dəstələrinin tərkibində Çeçenistan ərazisində respublikanın qanuni hakimiyyət nümayəndələrinə, antiterror tədbirləri aparan Rusiya Federasiyasının hərbçilərinə, eləcə də yerli sakinlərə hücum edib.
