Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Çinə işgüzar səfər çərçivəsində Çinin Orta Dəhliz üzərindən fəaliyyət göstərən aparıcı logistika şirkətlərinin rəhbərləri və əyalətlərin rəsmiləri ilə görüşüb.

Bu barədə nazir özünün "X" sosial şəbəkə hesabında bildirilib.

"Orta Dəhliz vasitəsilə daşımaların təşkili, infrastrukturun ötürücülük qabiliyyətinin artırılması sahəsində gorülən işlər və qonşu ölkələrlə əməkdaşlıq məsələlərini müzakirə etdik. Çin nümayəndələri son zamanlar Orta Dəhliz üzrə daşımaların sürətinin artmasında, keyfiyyət göstəricilərində irəliləyiş müşahidə olunduğunu bildirdilər", - deyə R.Nəbiyev qeyd edib.

.