Azərbaycan Çinin "Huawei" şirkəti il süni intellekt həllərinin təqdim edilməsi məsələlərini müzakirə edib.

Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsində hesabında bildirib.

"Huawei Enterprise Business Group"un Yaxın Şərq və Mərkəzi Asiya ölkələri üzrə prezidenti Hao Zhichen ilə görüşdük. Azərbaycanın süni intellekt strategiyası, süni intellekt həllərinin tətbiqi istiqamətində müvafiq infrastrukturun formalaşdırılması və bu sahədə "Huawei" şirkətinin beynəlxalq təcrübəyə əsaslanan həllərinin təqdim edilməsi məsələlərini müzakirə etdik",-deyə R.Nəbiyev qeyd edib.

Nazir eyni zamanda elektron hökumət platformalarında süni intellekt texnologiyalarının tətbiqi imkanları, "Huawei"in təcrübəsindən irəli gələrək "Ağıllı şəhər" konsepsiyasının reallaşdırılması, insan kapitalının inkişafı məqsədilə birgə təşəbbüslərin həyata keçirilməsi barəsində fikir mübadiləsi aparıldığını bildirb.

.