
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan İtaliyaya 4 992 915,19 min ABŞ dolları dəyərində 9 589 365,7 ton neft ixrac edib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında yenə də birinci yerdə qərarlaşıb.
Azərbaycanın neft ixracında Çexiya ikinci yerdə qərarlaşıb
"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, Azərbaycanın ümumi neft ixracında ikinci yerdə Çexiya qərarlaşıb. Hesabat dövründə bu ölkəyə 701 374 min dollar dəyərində 1 307 899,13 ton neft ixrac edilib.
Üçüncü yerdə Xorvatiya qərarlaşıb
Azərbaycanın neft ixracı üzrə siyahıda üçüncü yeri Xorvatiya tutur. 2025-ci ilin yanvar-sentyabr aylarında bu ölkəyə 537 768,29 min dollar dəyərində 998 469,46 ton neft ixrac edilib.
Hesabat dövrünün əsas göstəriciləri
Məlumata əsasən, qeyd olunan göstəricilər hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatları əhatə edir.
Ümumi ixrac göstəriciləri
Siyahıdan göründüyü kimi, hesabat dövründə 20 ölkəyə ümumilikdə 8 938 864,59 min dollar dəyərində 16 996 208,46 ton neft ixrac edilib.
Azərbaycanın hesabat dövründə neft ixrac etdiyi ölkələrin siyahısını (statistik dəyərinə görə) təqdim edirik:
Ölkələr |
Miqdar (ton) |
Statistik dəyər |
|
№ |
Cəmi |
16 996 208.46 |
8 938 864.59 |
1. |
İtaliya |
9 589 365.7 |
4 992 915.19 |
2. |
Çexiya |
1 307 899.13 |
701 374 |
3. |
Xorvatiya |
998 469.46 |
537 768.29 |
4. |
Almaniya |
841 915.48 |
445 304.60 |
5. |
Rumıniya |
778 615.54 |
429 334.05 |
6. |
Portuqaliya |
714 269.12 |
385 076.01 |
7. |
Yunanıstan |
500 730.69 |
268 492.93 |
8. |
Böyük Britaniya |
514 926.69 |
237 052.39 |
9. |
İrlandiya |
331 558.01 |
174 262.24 |
10. |
Niderland |
223 330.70 |
126 482.41 |
11. |
Tunis |
186 998.53 |
102 302.16 |
12. |
Fransa |
165 146.12 |
83 452.40 |
13. |
Tailand |
137 785.75 |
75 910.84 |
14. |
İndoneziya |
130 925.36 |
72 131.22 |
15. |
Türkiyə |
119 493.60 |
59 028.44 |
16. |
İsveçrə |
89 696.92 |
53 857.85 |
17. |
Hindistan |
107 486.12 |
53 534.40 |
18. |
Danimarka |
88 157.38 |
49 689.27 |
19 |
Bolqarıstan |
79 260.85 |
48 231.11 |
20 |
Avstriya |
90 177.31 |
42 664.79 |