Bu ilin yanvar-avqust aylarında Azərbaycan İtaliyaya 4 801 518,97 min ABŞ dolları dəyərində 9 198 216,58 ton neft ixrac edib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında yenə də birinci yerdə qərarlaşıb.

Azərbaycanın neft ixracında Çexiya ikinci yerdə qərarlaşıb

Yenizaman-ın Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, Azərbaycanın ümumi neft ixracında ikinci yerdə Çexiya qərarlaşıb. Hesabat dövründə bu ölkəyə 653 375,34 min dollar dəyərində 1 217 841,38 ton neft ixrac edilib.

Üçüncü yerdə Xorvatiya qərarlaşıb

Azərbaycanın neft ixracı üzrə siyahıda üçüncü yeri Xorvatiya tutur. 2025-ci ilin yanvar-avqust aylarında bu ölkəyə 497 444,69 min dollar dəyərində 919 870,22 ton neft ixrac edilib.

Hesabat dövrünün əsas göstəriciləri

Məlumata əsasən, qeyd olunan göstəricilər hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatları əhatə edir.

Ümumi ixrac göstəriciləri

Siyahıdan göründüyü kimi, hesabat dövründə 18 ölkəyə ümumilikdə 8 396 005,89 min dollar dəyərində 15 924 752,22 ton neft ixrac edilib.

Azərbaycanın hesabat dövründə neft ixrac etdiyi ölkələrin siyahısını (statistik dəyərinə görə) təqdim edirik:

 

Ölkələr

Miqdar (ton)

Statistik dəyər

Cəmi

15 924 752.22

8 396 005.89

1.

İtaliya

9 198 216.58

4 801 518.97

2.

Çexiya

1 217 841.38

653 375.34

3.

Xorvatiya

919 870.22

497 444.69

4.

Almaniya

841 915.48

445 304.60

5.

Rumıniya

778 615.54

429 334.05

6.

Portuqaliya

714 269.12

385 076.01

7.

Böyük Britaniya

514 926.69

237 052.39

8.

İrlandiya

331 558.01

174 262.24

9.

Yunanıstan

232 396.39

128 990.34

10.

Niderland

223 330.70

126 482.41

11.

Tunis

186 998.53

102 302.16

12.

Tailand

137 785.75

75 910.84

13.

İndoneziya

130 925.36

72 131.22

14.

İsveçrə

89 696.92

53 857.85

15.

Danimarka

88 157.38

49 689.27

16.

Bolqarıstan

79 260.85

48 231.11

17.

Avstriya

90 177.31

42 664.79

18.

Fransa

81 701.93

41 316.86

19

Türkiyə

65 361.01

30 279.23

20

Hindistan

1 747.07

781.52

.