
2025-ci ilin yanvar-mart aylarında Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) 31.6 milyon manat xalis zərər ediblər.
BOKT-ların xalis mənfəəti azalıb
Yenizaman Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin müvafiq dövründə BOKT-lar 32.9 milyon manat xalis mənfəət əldə etmişdilər.
Əməliyyat mənfəətində artım qeydə alınıb
Qeyd edək ki, bu dövrdə BOKT-ların əməliyyat mənfəəti 51% artaraq 63.4 milyon manat təşkil edib.
Xalis faiz gəliri azalıb
Hesabat dövründə sözügedən kredit təşkilatlarının xalis faiz gəliri 39.8 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 25.9% azdır.
Aktivlər və öhdəliklər artıb
Qeyd edək ki, hesabat tarixinə BOKT-ların aktivləri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14% artaraq 938.9 milyon manat, öhdəlikləri isə 12% artaraq 517.1 milyon manat təşkil edib.
Cəmi kapitalda artım müşahidə olunub
2025-ci aprel ayının 1-nə BOKT-ların cəmi kapitalı 421.8 milyon manat olub ki, bu da illik müqayisədə 16.7% çoxdur.
.