Basketbolun 3x3 növü üzrə kişilərdən ibarət Azərbaycan millisi Avropa kubokunda çıxış edəcək.

Yenizaman İdman.biz-ə istinadən xəbər verir ki, yığmamız təsnifat mərhələsində uğur qazanıb.

Yarımfinalında İrlandiyanı 21:12 hesabı ilə məğlub edən milli finalda Kiprlə qarşılaşıb. Komandamız həlledici görüşü də yüksək səviyyədə keçirərək, qələbəni bayram edib - 20:18.

 

Qeyd edək ki, Avropa kubokunun final mərhələsi avqustun 22-25-də keçiriləcək. Turnirə Avstriya ev sahibliyi edəcək.

.