Azərbaycanın bank sektoru bu ilin yanvar-mart aylarını 55,9 mln. manat xalis zərərlə başa vurub.

Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir.

Xatırladaq ki, bank sektoru bu ilin yanvar-fevral aylarından 141,3 mln. manat xalis mənfəətlə çıxmışdı.

Azərbaycan bank sektorunun xalis kredit portfeli bu il aprelin 1-nə 9 595,5 mln. manat təşkil edib.

Maliyyə Bazarlarına Nəzarət Palatası xəbər verir ki, bu, ilin əvvəli ilə müqayisədə 2,7% azdır.

Son ildə isə banklar kreditləşməni 28% azaldıb.
.