Bu ilin avqust ayında gündəlik neft (kondensatla birlikdə) hasilatı 620 min barel olub.

Energetika Nazirliyindən  verilən məlumata görə, ümumi hasilatın 498 min barelini xam neft, 122 min barelini kondensat təşkil edib.

Qeyd edək ki, “OPEC+” əməkdaşlığı (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) çərçivəsində 2023-cü ilin sonuna kimi Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min bareldir.

Beləliklə, Azərbaycan avqust ayında "OPEC+" çərçivəsində kvotasından 186 min barel geridə qalıb.

.