"Azadlıq” qəzeti son 2 ildə 80 min manat cərimə ödəyib, əl yayımına yaradılan maneələr onun vəziyyətini xeyli pisləşdirib, "Qasid” firması qəzetə olan 70 min manat borcunu ödəmir, əməkdaşlar aylarla əmək haqqı ala bilmir.
"Azadlıq” yeganə qəzetdir ki, heç bir mənbədən dotasiya almır. 2013-cü ilin sonlarından KIVDF "Azadlıq”la əməkdaşlığı dayandırıb.
Azadliq.info bildirir ki, düzdür, bütün bunlar qəzetin fəaliyyətini məhdudlaşdıra bilməyib. Lakin... bu yaxınlarda nəşriyyatın çap xərcini 20 faiz qaldırması, satışa yaradılan maneələr qəzetin qiymətində dəyişiklik etmək zərurəti yaradıb. Buna görə də "Azadlıq”ın satış qiymətində 10 qəpiklik artım edilib.
Qəzetin redaksiya heyəti ümid edir ki, oxucular onların düşdüyü çətin vəziyyəti anlayacaq, qərarlarına hörmətlə yanaşacaqlar..